Cumartesi, Nisan 19, 2025

Bakıda COP29 Sədrliyi çərçivəsində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin təlim seminarı keçirilir

Date:

Share post:

Bakıda COP29 sədrliyinin iqlim şəffaflığı təşəbbüsləri çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), BMT-nin Ətraf Mühit Proqramının (UNEP), Ümumdünya Meteorologiya Təşkilatının (WMO) və İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) birgə təşkilatçılığı ilə “IPCC inventar proqramı və bu proqramın UNFCCC hesabatlılıq mexanizmi ilə bağlılığı” mövzusunda təlim seminarı keçirilir.

 

təlim seminarının məqsədi İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması üçün UNFCCC tərəfindən təqdim edilən hesabatlılıq mexanizminin tətbiqi və istixana qazı emissiyalarının hesablanması üçün IPCC-nin yeni proqram təminatı ilə əlaqədar yerli və xarici mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirin açılışında çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim sahəsində şəffaflığın təmin olunması, istixana qazı emissiyalarının inventarlaşdırılması sahəsində bacarıqların artırılmasının iqlim dəyişmələrii ilə mübarizədə vacibliyini vurğulayıb.

Üç gün davam edəcək təlim seminarında Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, 100-dən çox ölkədən müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər iştirak edirlər.

CEVAP VER

Lütfen yorumunuzu giriniz!
Lütfen isminizi buraya giriniz

spot_img

Related articles

Elm və Mədəniyyətin İşıqlı Ulduzu: Akademik Nərgiz Paşayeva

Azərbaycan elmi və mədəniyyətində özünəməxsus mövqeyi ilə seçilən akademik Nərgiz Arif qızı Paşayeva çoxşaxəli fəaliyyəti ilə...

Milli Məclisin deputatı Günay Ağamalı Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərinin problemlərini dinlədi

30 Noyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşü keçirildi. Torpaqlarımızın...

Günay Ağamalı:Azərbaycanın füsunkar güşələrindən olan Laçın rayonunun işğaldan azad olunması Zəfər tariximizin şanlı səhifələrindən biridir. image

Vətən Müharibəsində ordusu darmadağın edilən Ermənistan rəhbərliyinin kapituliyasiya aktına imza artmasından sonra dekabrın 1-də erməni hərbi birləşmələri...

Ana Vətən partiyası 34 yaşıni qeyd edir .

Bu gün partiyamızın doğum günüdür. 34 yaşımız mübarək! 34 il öncə xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı...