Cumartesi, Nisan 19, 2025

Özbəkistanda təhsil alan bir qrup tələbə ölkəmizdə səfərdədilər

Date:

Share post:

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun “Şərabçılıq texnologiyası və üzümçülük sanayesi” fakültəsinin 13 nəfərdən ibarət müəllim və tələbə heyəti Azərbaycanda səfərdədir. Səfər Azərbaycanın ilk özəl şirkətlırindən olan Naigin K⁰ “Tovuz Baltiya” MMC ilə Daşkənd Kimya-Texnologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq haqqında memeranduma uyğun olaraq həyata keçirilir.Belə ki, inistutun tələbələri Naigin K⁰ “Tovuz Baltiya” MMC-yə məxsus şərab məhsullarının istehsalı zavodunda 10 günlük təcrübə dərsləri keçəcəklər.
Tələbələr səfərin birinci günü Tovuz rayonu İbrahimhacılı kəndinə səfər edərək ilk öncə zavodun ərazisində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, onun xatirəsini ehtiramla yad ediblər.
Qonaqları Naigin K⁰ “Tovuz Baltiya” MMC-nin təsisçisi və baş direktoru Naiq Məmmədhəsənov salamlamış, Azərbaycan ilə Özbəkistan əlaqələrinin səviyyəsindən danışmış, indiyədək ölkələrimiz arasında müxtəlif sahələrə aid 100-dən artıq müqavilə və sazişin imzalandığını qeyd etmişdir. Görüşdə baş direktor tələbələrin zavodda 10 günlük təcrübə dərslərinin keçirilməsi ilə şirkət və universitet arasında ikitərəfli əməkdaşlığın perspektivləri, birgə elmi tədqiqat imkanları, ortaq laboratoriyanın qurulması, layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsi və digər məsələləri diqqətə çatdırılıb.
Üzüm emalı və şərab istehsalı zavodu ilə tanış olan tələbələr yüksək texnologiyalar əsasında qurulan zavodu ziyarət edərək istehsalat prosesini müşahidə ediblər. Daha sonra “Tovuz” brendi adı ilə istehsal olunan məhsulların müasir tələblərə cavab verən laboratoriyası ilə yaxından tanış olublar.Eyni zamanda, hazırda 110 çeşiddə şərab və şərab məhsullarının istehsal olunması, onların yerli bazarla yanaşı Rusiya və bir sıra Avropa ölkələrinə ixrac edilməsi, yüksək keyfiyyəti məhsulların beynəlxalq sərgilərdə qızıl, gümüş və müxtəlif medallar qazanması, müəssisənin müasir texnologiya ilə təchizatı, istehsalat kollektivinin peşəkarlığı tələbələrin böyük marağına və heyrətinə səbəb olmuşdur.Şirkətin tələbə yataqxanasında yerləşdirilən xarici tələbələr gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsini və belə qarşılıqlı səfərlərin ənənəyə çevrilməsini arzu etdiklərini bildiriblər.

CEVAP VER

Lütfen yorumunuzu giriniz!
Lütfen isminizi buraya giriniz

spot_img

Related articles

Elm və Mədəniyyətin İşıqlı Ulduzu: Akademik Nərgiz Paşayeva

Azərbaycan elmi və mədəniyyətində özünəməxsus mövqeyi ilə seçilən akademik Nərgiz Arif qızı Paşayeva çoxşaxəli fəaliyyəti ilə...

Milli Məclisin deputatı Günay Ağamalı Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərinin problemlərini dinlədi

30 Noyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşü keçirildi. Torpaqlarımızın...

Günay Ağamalı:Azərbaycanın füsunkar güşələrindən olan Laçın rayonunun işğaldan azad olunması Zəfər tariximizin şanlı səhifələrindən biridir. image

Vətən Müharibəsində ordusu darmadağın edilən Ermənistan rəhbərliyinin kapituliyasiya aktına imza artmasından sonra dekabrın 1-də erməni hərbi birləşmələri...

Ana Vətən partiyası 34 yaşıni qeyd edir .

Bu gün partiyamızın doğum günüdür. 34 yaşımız mübarək! 34 il öncə xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı...