Perşembe, Aralık 26, 2024

10 noyabr bəyanatı bölgədə Azərbaycan tərəfindən idarə olunan yeni geosiyasi reallıqların formalaşmasına zəmin yaratdı

Date:

Share post:

10 noyabr bəyanatı bölgədə Azərbaycan tərəfindən idarə olunan yeni geosiyasi reallıqların formalaşmasına zəmin yaratdı”10 noyabr bəyanatı Dəmir Yumruq əməliyyatının hərbi nəticələrinin siyasi müstəvidə təsdiqidir. Azərbaycan, Ermənistan və vasitəçi tərəf olan Rusiya arasında imzalanmış üç tərəfli bəyanat rəsmi İrəvanın kapituliyasiya aktı və ən əsası dünya erməniliyi üçün müqəddəs məqsəd hesab edilən cəfəng “Miatsum” ideyalarının süqutu idi. Azərbaycan ordusu 44 günlük müharibə zamanı elə bir güc, peşəkarlıq nümayiş etdirdi ki, Ermənistan baş nazirinin sözügedən müqaviləni imzalamaqdan başqa seçim şansı qalmadı”.

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, 10 noyabr bəyanatı Qarabağ münaqişəsinin sonlandırılmasına və bölgədə Azərbaycan tərəfindən idarə olunan yeni geosiyasi reallıqların formalaşmasına zəmin yaratdı

“Ölkəmiz uzun müddətdir formalaşdırdığı siyasi konfiqurasiyada köklü dəyişikliklər etməklə beynəlxalq müstəvidə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyi bacardı.

10 Noyabr bəyanatının siyasi qazanımlarından danışarkən Zəngəzur dəhlizi layihəsini xüsusi qeyd etmək lazımdır.
Zəngəzur layihəsi tək Azərbaycan üçün deyil, lokal, regional və interkontinental müstəvidə qlobal əhəmiyyətli bir proyektir. Çünki işin məntiqində Şərq və Qərbi birləşdirən Orta Dəhliz faktoru dayanır.

Artıq Azərbaycan geopolitik məsələlərdə qalib dövlət mövqeyi sərgiləyir və qələbənin rəsmiləşdirilməsini həyata keçirir. 10 Noyabr bəyanatı birmənalı olaraq cənab Prezident İlham Əliyevin siyasi zəkasının şah əsəridir”.

CEVAP VER

Lütfen yorumunuzu giriniz!
Lütfen isminizi buraya giriniz

spot_img

Related articles

Elm və Mədəniyyətin İşıqlı Ulduzu: Akademik Nərgiz Paşayeva

Azərbaycan elmi və mədəniyyətində özünəməxsus mövqeyi ilə seçilən akademik Nərgiz Arif qızı Paşayeva çoxşaxəli fəaliyyəti ilə...

Milli Məclisin deputatı Günay Ağamalı Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərinin problemlərini dinlədi

30 Noyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşü keçirildi. Torpaqlarımızın...

Günay Ağamalı:Azərbaycanın füsunkar güşələrindən olan Laçın rayonunun işğaldan azad olunması Zəfər tariximizin şanlı səhifələrindən biridir. image

Vətən Müharibəsində ordusu darmadağın edilən Ermənistan rəhbərliyinin kapituliyasiya aktına imza artmasından sonra dekabrın 1-də erməni hərbi birləşmələri...

Ana Vətən partiyası 34 yaşıni qeyd edir .

Bu gün partiyamızın doğum günüdür. 34 yaşımız mübarək! 34 il öncə xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı...