Çarşamba, Aralık 25, 2024

Azərbaycan iqlim ədalətinin bərqərar olunması üçün əhəmiyyətli addımlar atır

Date:

Share post:

Günay Ağamalı: İlham Əliyevin kiçik ada dövlətlərinə dəstəyi mühüm əhəmiyyət kəsb edir
“Cənab Prezident İlham Əliyevin COP29 çərçivəsində kiçik ada dövlətlərinə dəstək nümayiş etdirməsi iqlim dəyişikliyi və onun mənfi təsirləri kontekstində mühüm əhəmiyyət kəsb edir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Millət vəkili deyib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri ekstremal hava şəraiti, dünya okeanın səviyyəsinin artması və digər ekoloji böhranlardan nisbətən daha çox əziyyət çəkirlər:
“Dövlət başçımız bu məsələyə diqqət yetirməklə həm beynəlxalq platformada danışıqları stimullaşdırdı, həm də kiçik ada dövlətlərinə özlərini ifadə etmək aspektində geniş fürsət yaratdı. Bu, Azərbaycanın iqlim ədalətinin bərqərar olunmasına olan öhdəliyinin nümayişi idi. Cənab Prezidentin də qeyd etdiyi kimi ölkəmiz, COP29-a qədər kiçik ada dövlətlərinə istər siyasi, istərsə də humanitar sahələrdə kifayət qədər geniş dəstək nümayiş etdirib. Xüsusilə, Qoşulmama Hərəkatı çərçivəsində ada ölkələrinin kolonializm siyasətindən əziyyət çəkməsi dəfələrlə müzakirə olunmuş, onların tapdalanmış hüquqları müdafiə edilmişdir. Təbii ki, söhbət müstəmləkə yanaşmalarından gedirsə Fransa prosesin aktiv iştirakçısı kimi ilk sırada yerləşir. Rəsmi Paris bu gündə Poleneziya, Kaledoniya və digər zəbt etdiyi torpaqların təbii ehtiyatlarını mənimsəməklə yanaşı təhlükləli nüvə sınaqlarını məhz bu bölgərəldə həyata keçirir. Bu isə, öz növbəsində ekoloji çirklənməni artırır, iqlim böhranını dərinləşdirir. Azərbaycan Fransa kimi ölkələrin əksinə olaraq kiçik ada dövlətlərinin davamlı inkişafının dəstəklənməsinə, onların iqlim dəyişikliklərinə qarşı dayanma qabiliyyətinin artırılmasına və ekosistemlərinin qorunması üçün zəruri olan beynəlxalq resursların istifadəsinə yönəlmiş çağırışlar edir”.

CEVAP VER

Lütfen yorumunuzu giriniz!
Lütfen isminizi buraya giriniz

spot_img

Related articles

Elm və Mədəniyyətin İşıqlı Ulduzu: Akademik Nərgiz Paşayeva

Azərbaycan elmi və mədəniyyətində özünəməxsus mövqeyi ilə seçilən akademik Nərgiz Arif qızı Paşayeva çoxşaxəli fəaliyyəti ilə...

Milli Məclisin deputatı Günay Ağamalı Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərinin problemlərini dinlədi

30 Noyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşü keçirildi. Torpaqlarımızın...

Günay Ağamalı:Azərbaycanın füsunkar güşələrindən olan Laçın rayonunun işğaldan azad olunması Zəfər tariximizin şanlı səhifələrindən biridir. image

Vətən Müharibəsində ordusu darmadağın edilən Ermənistan rəhbərliyinin kapituliyasiya aktına imza artmasından sonra dekabrın 1-də erməni hərbi birləşmələri...

Ana Vətən partiyası 34 yaşıni qeyd edir .

Bu gün partiyamızın doğum günüdür. 34 yaşımız mübarək! 34 il öncə xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı...