Perşembe, Aralık 26, 2024

Dövlətimizin Şərəf və Qürurunu Qoruyaq

Date:

Share post:

Azərbaycan Respublikası tarixin çətin və şərəfli yollarından keçərək müstəqillik qazandığı gündən bəri dünya miqyasında tanınan, qürur duyulan bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycanımız Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə siyasi, iqtisadi və sosial sahələrdə böyük uğurlara imza ataraq regionun lider ölkəsinə çevrilmişdir. Ancaq təəssüf ki, bu uğurları həzm edə bilməyən, ölkəmizi gözdən salmağa çalışan qərəzli qüvvələr də mövcuddur.
COP 29 Konfransı ərəfəsində Azərbaycan bir daha dünya ictimaiyyətinə öz iradəsini, mövqeyini və beynəlxalq miqyasda aparıcı dövlətlər sırasında yerini nümayiş etdirdi. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində göstərdiyi təşəbbüslər, “yaşıl enerji” konsepsiyasının irəlilədilməsi və regional əməkdaşlığın gücləndirilməsi yönündə atdığı konkret addımlar konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. Müzakirələr zamanı Azərbaycanın təqdim etdiyi ekoloji strategiyalar və Qarabağın “yaşıl enerji zonası” elan olunması isə xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu siyasət yalnız dövlətimizin davamlı inkişafına deyil, həm də qlobal ekoloji təhlükəsizlik məsələlərinə verdiyi mühüm töhfəni nümayiş etdirdi.
Azərbaycanın COP 29 çərçivəsində qazandığı uğurlar həm ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi, həm də qlobal problemlərin həlli istiqamətində aparıcı tərəfdaşlardan biri olduğunu sübut etdi. Bu nailiyyətlər bir daha göstərdi ki, Azərbaycanın inkişafına kölgə salmaq istəyənlər yalnız öz qərəzli niyyətlərini ifşa etmiş olurlar. Ölkəmizin uğurları ilə barışmayan qüvvələr isə hər zaman xalqın iradəsi qarşısında məğlub olmağa məhkumdur.
Dövlət adına görülən işlərə kölgə salmaq, dövlətimizi beynəlxalq arenada biabır etməyə cəhd göstərmək heç vaxt səmimi niyyətli ola bilməz. Dövlət bir xalqa məxsus ən ali dəyərdir, onu qorumaq hər bir vətəndaşın borcu və şərəfidir. Dövlətimizin əleyhinə çıxanlar isə yalnız bir adla xatırlana bilər – satqın. Bu cür insanlar dövlətimizə qarşı işlədikləri xəyanətlə yalnız özlərinə ziyan vurur və xalq arasında da hörmətsizlik qazanırlar.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan bu gün dünyada güclü dövlət kimi qəbul edilir. Biz, 44 günlük Vətən Müharibəsi dövründə də bu gücün şahidi olduq. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə xalqımız bir yumruq kimi birləşərək tarixi zəfər qazandı. Bu zəfər təkcə torpaqlarımızın azadlığı deyil, eyni zamanda milli ruhumuzun və dövlətçilik ənənələrimizin dirçəlişi oldu.
Ancaq hər bir vətəndaş bilməlidir ki, bu uğurların qorunması və gələcək nəsillərə çatdırılması üçün həmrəyliyimiz daha da gücləndirilməli, dövlətə və dövlətçiliyə olan inamımız hər zaman möhkəm saxlanılmalıdır. Dövlət məmurundan narazılıq ola bilər, amma dövlətdən narazılıq əsla! Dövlət, vətənin hər daşında, hər qarışında əks olunan müqəddəs varlıqdır. Ona qarşı çıxmaq, xalqın inamını sarsıtmağa çalışmaq yalnız dövlətə deyil, həm də xalqa və onun gələcəyinə qarşı xəyanət kimi qiymətləndirilməlidir.
Bizim borcumuz dövlətimizin gücünü, qürurunu qorumaq və gələcək nəsillərə daha güclü bir Azərbaycan miras qoymaqdır. Azərbaycanımızın bugünkü uğurlarını dünya miqyasında tanıdan liderimiz İlham Əliyev, onun apardığı uzaqgörən siyasət və qətiyyətli addımlar hər birimizin fəxr mənbəyidir. Xəritədə bir nöqtə kimi görünən Azərbaycan bu gün dünya dövlətləri arasında öz yeri və çəkisi olan nüfuzlu bir ölkəyə çevrilmişdir. Dövlətimizin uğurları hər birimiz üçün qürur və ilham mənbəyidir.
Azərbaycan Respublikasının vətəndaşı və fəxr edən övladı olaraq, dövlətimizi qorumaq, onun nailiyyətlərini daha da yüksəklərə daşımaq və gələcək nəsillərə çatdırmaq hər birimizin əsas vəzifəsi olmalıdır!
Səni sevirik, Ana Vətənimiz, Azərbaycanımız! Fəxr edirik ki, sənin övladlarıyıq. Sənin uğurun, bizim uğurumuzdur. Yaşasın Azərbaycan!

Aygül Bağırova

CEVAP VER

Lütfen yorumunuzu giriniz!
Lütfen isminizi buraya giriniz

spot_img

Related articles

Elm və Mədəniyyətin İşıqlı Ulduzu: Akademik Nərgiz Paşayeva

Azərbaycan elmi və mədəniyyətində özünəməxsus mövqeyi ilə seçilən akademik Nərgiz Arif qızı Paşayeva çoxşaxəli fəaliyyəti ilə...

Milli Məclisin deputatı Günay Ağamalı Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərinin problemlərini dinlədi

30 Noyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşü keçirildi. Torpaqlarımızın...

Günay Ağamalı:Azərbaycanın füsunkar güşələrindən olan Laçın rayonunun işğaldan azad olunması Zəfər tariximizin şanlı səhifələrindən biridir. image

Vətən Müharibəsində ordusu darmadağın edilən Ermənistan rəhbərliyinin kapituliyasiya aktına imza artmasından sonra dekabrın 1-də erməni hərbi birləşmələri...

Ana Vətən partiyası 34 yaşıni qeyd edir .

Bu gün partiyamızın doğum günüdür. 34 yaşımız mübarək! 34 il öncə xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı...