Cumartesi, Nisan 19, 2025

Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi Yeni Klinikanı ziyarət edib

Date:

Share post:

 

Məlumat verdiyimiz kimi Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə

Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika da yer alıb.

Xəstəxanada təqdim ediləcək xidmətlərlə tanış olmaq məqsədi ilə Yaponiya səfirinin tibbi məsələlər üzrə attaşesi, həkim Miyavaki Hiroki Yeni Klinikanı ziyarət edib.

TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov, direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, TƏBİB-in Beynəlxalq təşkilatlarla iş şöbəsinin baş məsləhətçisi Ramin Bürcəliyevin iştirak etdiyi görüşdə cənab Miyavaki Hirokiyə klinikanın fəaliyyəti və göstərilən tibbi xidmətlər haqqında ətraflı məlumat verilib.

COP-29 tədbiri zamanı və daha sonra Azarbaycanda yaşayan yapon vətəndaşları və səfirliyin yapon heyəti üçün tibbi müdaxilələr zamanı hara müraciət etməli olduqları haqqında məlumat toplusu haqzırlamaq məqsədi ilə Yeni Klinikanı ziyarət edən Miyavaki Hiroki göstərilən tibbi xidmətlərlə əyani tanış olmaq üçün tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya və stasionar şöbələrinə baxış keçirib.

Pərvin Əkbərov tibbi məsələlər üzrə attaşeyə Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxananın hazırlandığını bildirib.

#YeniKlinika #TƏBİB #COP29

 

CEVAP VER

Lütfen yorumunuzu giriniz!
Lütfen isminizi buraya giriniz

spot_img

Related articles

Elm və Mədəniyyətin İşıqlı Ulduzu: Akademik Nərgiz Paşayeva

Azərbaycan elmi və mədəniyyətində özünəməxsus mövqeyi ilə seçilən akademik Nərgiz Arif qızı Paşayeva çoxşaxəli fəaliyyəti ilə...

Milli Məclisin deputatı Günay Ağamalı Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərinin problemlərini dinlədi

30 Noyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşü keçirildi. Torpaqlarımızın...

Günay Ağamalı:Azərbaycanın füsunkar güşələrindən olan Laçın rayonunun işğaldan azad olunması Zəfər tariximizin şanlı səhifələrindən biridir. image

Vətən Müharibəsində ordusu darmadağın edilən Ermənistan rəhbərliyinin kapituliyasiya aktına imza artmasından sonra dekabrın 1-də erməni hərbi birləşmələri...

Ana Vətən partiyası 34 yaşıni qeyd edir .

Bu gün partiyamızın doğum günüdür. 34 yaşımız mübarək! 34 il öncə xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı...