Cumartesi, Nisan 19, 2025

Oktyabrın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Date:

Share post:

İclası açan komitə sədri Hicran Hüseynova komitənin üzvlərini VII çağırış Milli Məclisə seçilmələri münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra gündəliyi təqdim edən Hicran Hüseynova birinci məsələ olan Ailə, qadın və uşaq məsələləri komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi haqqında məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında ailə dəyərləri həmişə diqqətdə saxlanılıb. Komitə sədri bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi üçün payız sessiyasında dinləmələrin keçiriləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, o cümlədən müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Gündəliyin ikinci məsələsi olan “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının inkişafı istiqamətində davamlı olaraq islahatlar həyata keçirilir. Layihədə təklif olunan dəyişikliklər uşaq müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, uşaq hüquqlarının həyata keçirilməsinin təkmilləşdirilməsinə xidmət edir.

Sonuncu məsələ olan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) qanunda nəzərdə tutulan şəxslərə sosial ödənişlərin təyin olunmasının və onların sosial müdafiəsinin mütəmadi olaraq təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Gündəlikdəki məsələlərin müzakirəsində komitənin sədr müavini Jalə Əliyeva, üzvlər Günay Ağamalı, İlham Məmmədov, Pərvin Kərimzadə, Səbinə Xasayeva, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Deputatlar komitənin payız sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndiriblər, iş planı ilə bağlı tövsiyələrini bildiriblər. Müzakirəyə təqdim edilən qanun layihələrinin vacibliyini qeyd edən deputatlar bəzi aktual məsələlərə dair fikirlərini diqqətə çatdırıblar.

İclasda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihələri birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Sevinc Hüseynova, Ülviyyə Ağayeva, Mehriban Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

CEVAP VER

Lütfen yorumunuzu giriniz!
Lütfen isminizi buraya giriniz

spot_img

Related articles

Elm və Mədəniyyətin İşıqlı Ulduzu: Akademik Nərgiz Paşayeva

Azərbaycan elmi və mədəniyyətində özünəməxsus mövqeyi ilə seçilən akademik Nərgiz Arif qızı Paşayeva çoxşaxəli fəaliyyəti ilə...

Milli Məclisin deputatı Günay Ağamalı Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərinin problemlərini dinlədi

30 Noyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşü keçirildi. Torpaqlarımızın...

Günay Ağamalı:Azərbaycanın füsunkar güşələrindən olan Laçın rayonunun işğaldan azad olunması Zəfər tariximizin şanlı səhifələrindən biridir. image

Vətən Müharibəsində ordusu darmadağın edilən Ermənistan rəhbərliyinin kapituliyasiya aktına imza artmasından sonra dekabrın 1-də erməni hərbi birləşmələri...

Ana Vətən partiyası 34 yaşıni qeyd edir .

Bu gün partiyamızın doğum günüdür. 34 yaşımız mübarək! 34 il öncə xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı...