Cumartesi, Nisan 19, 2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Aşıq Ələsgərin Bakı şəhərində yeni açılışı olmuş abidəsini ziyarət ediblər.

Date:

Share post:

İcma nümayəndələri aşıq sənətimizin parlaq nümayəndəsi, böyük el sənətkarı Dədə Ələsgərin abidəsi önünə tər güllər düzmüş, poeziyamızın dühasının xatirəsini ehtiramla yad etmişlər.

Qeyd edək ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda – Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaratmış, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs vermişdir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə 1972-ci ildə doğulduğu Ağkilsə kəndində onun abidəsi ucaldılmışdı, lakin Qərbi Azərbaycanlıların öz ata-baba yurdundan sonuncu 1987-91-ci illər deportasiyası zamanı abidə yerlə-yeksan edilmişdi.

CEVAP VER

Lütfen yorumunuzu giriniz!
Lütfen isminizi buraya giriniz

spot_img

Related articles

Elm və Mədəniyyətin İşıqlı Ulduzu: Akademik Nərgiz Paşayeva

Azərbaycan elmi və mədəniyyətində özünəməxsus mövqeyi ilə seçilən akademik Nərgiz Arif qızı Paşayeva çoxşaxəli fəaliyyəti ilə...

Milli Məclisin deputatı Günay Ağamalı Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərinin problemlərini dinlədi

30 Noyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşü keçirildi. Torpaqlarımızın...

Günay Ağamalı:Azərbaycanın füsunkar güşələrindən olan Laçın rayonunun işğaldan azad olunması Zəfər tariximizin şanlı səhifələrindən biridir. image

Vətən Müharibəsində ordusu darmadağın edilən Ermənistan rəhbərliyinin kapituliyasiya aktına imza artmasından sonra dekabrın 1-də erməni hərbi birləşmələri...

Ana Vətən partiyası 34 yaşıni qeyd edir .

Bu gün partiyamızın doğum günüdür. 34 yaşımız mübarək! 34 il öncə xalqımızın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı...