“Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyası, COP29-a ev sahibliyi etməklə planetimizi narahat edən qlobal istiləşmə ilə mübarizəyə öz töhfələrini verdi. Qlobal əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ilk öncə ölkəmizin beynəlxalq müstəvidə qazandığı nüfuzun göstərici, regional liderliyinin təcəssümüdür. Bakıda keçirilən COP29 Cənubi Qafqaz üçün mühüm hadisə olmaqla yanaşı həm də regionda bir ilkdir”.
Kainat.tv bildirir ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın uğurları artdıqca qazandığımız nəaliyyətləri gözü götürməyən qüvvələrin də fəallaşması müşahidə olunur:
“Fransa həmin anti-Azərbaycan qüvvələrinin önündə dayanmaqla ölkəmizə qarşı düşmənçilik mövqeyi sərgiləyir. Onların COP29-u hədəf alan yanaşmaları əslində regionda olan geosiyasi maraqlarının ifadəsidir.
Rəsmi Paris Ermənistan üzərindən bölgəyə daxil olmaqla neokolinalist siyasət həyata keçirmək istəyir. Təbii ki, Yelisey Sarayının neqativ addımları Azərbaycan tərəfindən neytrallaşdırır və bu onları beynəlxalq arenada çıxılmaz vəziyyətdə qoyur. Xüsusilə cənab Prezident İlham Əliyevin Qoşulmama hərəkatı və müxtəlif platformalarda Parisin imperialist siyasətini hədəf alması və bunu müasir dünyamız üçün utancverici bir hal kimi qiymətləndirməsi Fransanın nüfuzunu zərbə vurur.
Fransanın anti-Azərbaycan mövqeyi Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır. Onların Ermənistanı silahlandırması İrəvanı növbəti müharibəyə təhrik edir”. Sonxeber.az