Beynəlxalq Ədalət Məhkəməsi Türkiyənin Qəzza zolağındakı əməliyyatla bağlı Cənubi Afrikanın İsrailə qarşı başlatdığı prosesə qoşulduğunu təsdiqləyib.
Bu barədə qurumun məlumatında deyilir.
“Türkiyə Məhkəmə Nizamnaməsinin 63-cü maddəsinə istinad edərək, Cənubi Afrika Respublikasının İsrailə qarşı başlatdığı Qəzza zolağında cinayətin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı işə qoşulmaq üçün katibliyə ərizə təqdim edib”, – sənəddə deyilir.