Cümə axşamı, Dekabr 26, 2024

Gənc həkim mütəxəssisisimiz tərəfindən ürək fəaliyyəti dayanan şəxs həyata qaytarılıb

Date:

Share post:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şamaxı Təcili Tibbi Yardım Stansiyasına 03.10.2024-cü il tarixində saat 01:00 radələrində 60 yaşlı (kişi cinsli) şəxs üçün sinəsində ağrı, ürəkbulanma, ölüm qorxusu hissi yaranması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.

Aparılmış elektrokardioqramma (EKQ) müayinəsinə əsasən pasiyentə transmural miokard infarktı diaqnozu qoyulub, venadaxili ağrıkəsici yeridilib, oksigenoterapiya aparılıb, zəruri tibbi yardıma başlanılıb.

1 ay əvvəl açıq ürək əməliyyatı olan şəxsdə tibbi yardım zamanı qəfil ürək dayanması qeydə alınıb. Dərhal tətbiq olunan CPR texnikası ilə ürək fəaliyyəti ardıcıl iki dəfə olmaqla bərpa edilib, pasiyent intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub.

Pasiyent növbəti müayinə və müalicə məqsədilə Şamaxı Müalicə Diaqnostika Mərkəzinə təxliyə edilib. Hazırda şəxsin vəziyyəti stabildir.

Şamaxı Təcili Tibbi Yardım Stansiyası:
Həkim: Cavid Qurbanov
Sürücü: Rauf Mirzəyev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Related articles

ABŞ-ın Azərbaycana qarşı riyakar siyasəti yolverilməzdir

Bir neçə gün öncə Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərlə görüşdə çıxış edən cənab Prezident İlham Əliyev Amerika Konqresinin...

Salyan Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi peyvənd olundular

Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ötən ayın ortalarından TƏBİB-in tabeliyindəki...

“Makroiqtisadi dayanıqlıq üzrə işçi qrupu”nun növbəti iclası keçirilib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və...

Özbəkistanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş kitabların təqdimat mərasimi keçirilib

Özbəkistanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş kitabların təqdimat mərasimi keçirilib Dünya İqtisadiyyat və Diplomatiya Universitetində Azərbaycanın...